Home » İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib

İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib

by Aytac
0 comments 1 views 0 minutes read

Bu gün İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib. Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ üzrə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.