Home » “Azexport.az” növbəti sərbəst satış sertifikatlarını təqdim edib

“Azexport.az” növbəti sərbəst satış sertifikatlarını təqdim edib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı tərəfindən növbəti sərbəst satış sertifikatları (Certificate of Free Sale) təqdim olunub. Sertifikatlar Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsullarının Gürcüstan Respublikasına ixracı üçün nəzərdə tutulub.

Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, ötən il istehsalçı şirkətin müraciəti əsasında bəzi məhsulların ixracı üçün sərbəst satış sertifikatları təqdim edilib. Cari ildə şirkət istehsal etdiyi digər məhsullar üçün də sertifikat almaqla ixrac həcmini və çeşidini genişləndirməyə nail olub. Təqdim edilən sertifikatlar böyüklər və uşaqlar üçün kapsul və ya maye halında daxilə qəbul edilən bioloji fəallığa malik qida əlavəsi məhsulları üçün nəzərdə tutulub.

Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2024-cü ilin fevral ayına kimi 694 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz bölgəsinin 100-dən artıq ölkəsinə ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az  portalı vasitəsilə müraciət edə bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.