Home » Xalq Bankdan depozit seyfləri üzrə sərfəli kampaniya

Xalq Bankdan depozit seyfləri üzrə sərfəli kampaniya

by khayale
0 rəy 8 baxış 1 dəqiqə oxuma

Xalq Bank müştərilərə qiymətli əşya, pul və sənədlərini rahatlıqla etibar edəcəkləri depozit seyfi xidməti üzrə kampaniyaya start verir.

Müştərilər yeni kampaniyadan yararlanaraq depozit seyfini icarəyə götürərkən ödəniş məbləğində 30 %-dək endirim qazanacaqlar. Endirimli kampaniya Xalq Bankın regionlardakı bütün filiallarına və Bakı şəhərində yerləşən “Yubiley” filialına şamil olunur. Təklif 31 mayadək qüvvədədir.

Qeyd edək ki, seyflərin icarə qiyməti qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq dəyişir. İcarə haqqı aylıq 3.5 AZN-dən başlayır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.