Home » Azərbaycanda daşınmaz əmlak alan şəxslərə qaytarılan ƏDV-nin həcmi açıqlanıb

Azərbaycanda daşınmaz əmlak alan şəxslərə qaytarılan ƏDV-nin həcmi açıqlanıb

by ulviyya
0 comment 1 views 1 minutes read

Bu günə qədər Azərbaycanda vətəndaşlar tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı ümumilikdə 14 mindən artıq müraciət daxil olub.

BBN.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu müraciətlərdən 7.457-si üzrə 28,6 mln. manat vəsaitin vətəndaşlara ödənilməsi təmin edilib, 6.211 müraciətə Qaydaların tələblərinə uyğun olaraq imtina edilib.

Eyni zamanda portal istifadəyə verildiyi tarixdən bu yana bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1.160 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edilib ki, bunlardan 749-u təsdiqlənib, 401-nə imtina verilib.

Məlumat üçün qeyd edilməlidir ki, 13 sentyabr 2023-cü il tarixindən etibarən geri qaytarılan vəsaitlərin şəxsin müvəkkil bankda olan virtual “ƏDVgerial” hesabına köçürülməsi təmin edilir. Bu addım, öz növbəsində, əvvəllər bu sahədə mövcud olan bir sıra çətinlikləri aradan qaldırıb.

Dövlət Vergi Xidməti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə olunur. Bunlar əsasən son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatında e-qaimənin məlumatlarının əks olunmaması, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi və ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi ilə bağlıdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.