Home » ADB AZAL-ın dayanıqlı inkişaf üzrə hesabatlılığını qiymətləndirib

ADB AZAL-ın dayanıqlı inkişaf üzrə hesabatlılığını qiymətləndirib

by yunus
0 comments 0 views 1 minutes read

Asiya İnkişaf Bankının (ADB) məsləhətçiləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dayanıqlı inkişaf və iqlim sahəsində maliyyə hesabatlılığının beynəlxalq IFRS S1 və IFRS S2 standartlarına uyğunluğunu qiymətləndiriblər.

BBN.az xəbər verir ki, ADB-nin məlumatına görə, aparılan təhlil nəticəsində AZAL-ın dayanıqlı inkişaf və iqlim üzrə hesabatlılığını daha da təkmilləşdirə biləcəyi əsas istiqamətlər müəyyənləşdirilib.

Qiymətləndirmə ESG (ekoloji, sosial və korporativ idarəetmə) prinsiplərinin tətbiqi ilə bağlı texniki yardım proqramının başlanması məqsədilə 2025-ci ilin dekabrında AZAL və ADB arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.

Təşəbbüsün əsas məqsədi dayanıqlı inkişaf standartlarının AZAL-ın biznes proseslərinə inteqrasiyası, şirkətin uzunmüddətli dəyərinin artırılması və dayanıqlı investisiyaların cəlb edilməsi imkanlarının genişləndirilməsidir.

Bu çərçivədə ADB tərəfindən AZAL əməkdaşları üçün Beynəlxalq Davamlılıq Standartları Şurasının (ISSB) hazırladığı ESG prinsiplərinin, həmçinin IFRS S1 və IFRS S2 standartlarının tətbiqinə dair praktiki seminar keçirilib.

İki gün davam edən təlimdə AZAL şirkətlər qrupunun müxtəlif bölmələrindən 50-dən çox mütəxəssis, o cümlədən maliyyə, büdcə və strateji departamentlərin əməkdaşları iştirak edib.

ADB bildirir ki, texniki yardım proqramı hazırda davam edir və Azərbaycanın aparıcı aviadaşıyıcısının korporativ hesabatlılığının və əməliyyat fəaliyyətinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.