1
Mərkəzi Bankın sədri Taleh Kazımov martın 6-da Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti, həyata keçirilən layihələr və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2025-2028) əsas istiqamətləri müzakirə edilmişdir.
Həmçinin Azərbaycan Mərkəzi Bankı ilə Dünya Bankının birgə həyata keçirdiyi texniki yardımların cari statusu nəzərdən keçirilmişdir.