Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 311,5 milyon manat xalis mənfəət əldə edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,3 % çoxdur.
3 ay ərzində bankların əməliyyat gəlirləri 1 354,5 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 22,8% çox), əməliyyat xərcləri 892 milyon manat (28,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 79,7 milyon manat (8,6 % çox), digər gəlirləri 1,7 milyon manat (17 dəfə çox), mənfəət vergisi ödəmələri isə 72,9 milyon manat (6,6 % çox) təşkil edib.