Home » BEA qlobal neft tələbi üzrə proqnozunu kəskin azaldıb

BEA qlobal neft tələbi üzrə proqnozunu kəskin azaldıb

by yunus
0 comments 1 views 1 minutes read

Beynəlxalq Enerji Agentliyi (BEA) 2026-cı ildə qlobal neft tələbinin gündəlik 1,6 milyon barelə yaxın azalacağını proqnozlaşdırır.

BBN.az xəbər verir ki, bu barədə BEA-nın aylıq hesabatında bildirilib.

Agentlik 2026-cı il üzrə gündəlik qlobal neft tələbinə dair proqnozunu əvvəlki gözləntisi ilə müqayisədə 510 min barel aşağı salıb. Belə ki, iyul ayında BEA bu il qlobal neft tələbinin gündəlik 1,047 milyon barel azalacağını gözləyirdi.

Yeni proqnoza əsasən, 2026-cı ildə qlobal neft tələbi gündəlik 103,288 milyon barel təşkil edəcək. 2025-ci ildə bu göstərici 104,844 milyon barel olub.

BEA 2027-ci ildə isə qlobal neft tələbinin gündəlik 105,7 milyon barelə yüksələcəyini proqnozlaşdırır.

Agentlik bu il neft tələbində gözlənilən azalmanı Hörmüz boğazının bağlanmasının davam etməsi və yüksək neft qiymətlərinin istehlakı məhdudlaşdırması ilə əlaqələndirir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.