Home » Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb

Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb

by ulviyya
0 rəy 20 baxış 1 dəqiqə oxuma

Unibank yaşıl maliyyələşmənin təşkili və ICMA standartlarına uyğun “yaşıl istiqrazlar”ın emissiyası istiqamətində, AIFC Yaşıl Maliyyə Mərkəzi (Astana Beynəlxalq Maliyyə Mərkəzi) ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq 2024-cü il üçün Bankın strateji inkişaf prioritetlərindən olan “ESG” (Ətraf mühit, Sosial və İdarəetmə) istiqaməti üzrə layihələrin həyata keçirməsinə imkan yaradacaq. Unibank bu strategiyanın reallaşdırılması istiqamətində “yaşıl layihələr”in dəstəklənməsinə xüsusi diqqət yetirir.

“Yaşıl istiqrazlar”ın emissiyası layihəsinin ikili əməkdaşlıq fonunda həyata keçirilməsində kapital bazarları istiqaməti üzrə konsultant və dəstəkçi qismində “Unicapital” İnvestisiya Şirkəti çıxış edəcək. “Yaşıl istiqrazlar”ın emissiyası Azərbaycanın maliyyə infrastrukturunun inkişafına töhfə verəcək və diqqəti ətraf mühitin mühafizəsinə yönəldəcək layihələrdəndir.

Beynəlxalq Kapital Bazarları Assosiasiyasının təsis etdiyi “yaşıl istiqrazlar” prinsiplərinə uyğun olaraq, emissiya vasitəsilə cəlb edilən vəsait ekoloji cəhətdən perspektivli layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İl çərçivəsində istər dövlət, istərsə də özəl strukturlar bu istiqamətdə yeni layihələrin reallaşdırılmasında irimiqyaslı və innovativ addımlar atır.

Belə layihələr qlobal təşkilatların da diqqət mərkəzindədir. İqlim dəyişiklikləri, eko sistemin pozulması və ekoloji çirklənmə kimi qlobal əhəmiyyətli problemlərin həllində dəstək göstərilməsi hər bir şəxsin mənəvi öhdəliklərindən hesab olunur.

Astana Beynəlxalq Maliyyə Mərkəzinin əsas fəaliyyət funksiyaları ölkənin iqtisadiyyatına investisiyaların cəlb olunmasına kömək göstərmək, maliyyə sahəsinin, o cümlədən fond bazarının inkişaf etdirilməsi və beynəlxalq kapital bazarlarına inteqrasiya olunmasıdır.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  

Unibank-Sənin Bankın!

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.