
30 may 2024-cü il tarixində Bakı Fond Birjasında PASHA Yatırım Bankası A.Ş.-nin buraxılış həcmi 25,000,000 (iyirmi beş milyon) ABŞ dolları dəyərində olan abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi yekunlaşmışdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | PASHA Yatırım Bankası A.Ş. |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2009020176 |
| İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
| Yerləşdirmə üsulu | Abunə yazılışı |
| Buraxılış həcmi | 25,000,000 (iyirmi beş milyon) ABŞ dolları |
| İstiqrazın sayı | 25,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 1,000 ABŞ dolları |
| Minimal qiymət | 1,000 ABŞ dolları |
| Maksimal qiymət | 1,000 ABŞ dolları |
| Kəsmə qiyməti | 1,000 ABŞ dolları |
| Ortaçəkili qiyməti | 1,000 ABŞ dolları |
| Reallaşdırılmış həcmi | 25,000,000 ABŞ dolları |
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 25,000,000 ABŞ dolları |
| İllik gəlirlilik faizi | 6.19% |
| Ödəmə Periodu | İldə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 3 (üç) təqvim ayından bir |
| Tədavül müddəti | 18 ay |
| İnvestor sayı | 9 |
| Sifariş sayı | 9 |
| İstiqrazların ödəmə tarixi | 30.11.2025 |
| Əsas Anderrayter | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
| Digər Anderrayterlər | “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC |




