
29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Express Lombard” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 7 iyun 2024-cü il tarixindən başlayıb 3 (üç) iş günü davam edəcəkdir.
Qeyd edək ki, mövcud səhmdar öz payına mütənasib qaydada səhmləri almaqda üstünlük hüququna malikdir.
Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir:
• İlk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;
• Digər investorlara səhmlərin yerləşdirilməsi.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Express Lombard” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001025894 |
| Səhmlərin növü və forması | Səhm adi, sənədsiz, adlı |
| Səhmlərin sayı | 5,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 200 manat |
| Buraxılış həcmi | 1,000,000 manat |
| Anderrayter | “Capital Partners İ.Ş” QSC |
| Ticarətə buraxılma tarixi | 07.06.2024 |
| Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |




