
“Dünya Bankının (DB) (The World Bank Group) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın (Rolande Pryce) rəhbərlik etdiyi nümayəndə heyəti ilə növbəti dəfə görüşərək məhsuldar müzakirələr apardıq”.
Bu haqda Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün LinkedIn platformasında yazıb.
“Görüş zamanı DB ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə icra olunan və perspektivdə duran layihələr və təşəbbüslərdən danışdıq. Həmçinin DB-nin Azərbaycanda həyata keçirilən islahatlara öz müsbət töhfəsini verəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlıq prosesi ilə bağlı gündəmdə olan mühüm məsələləri müzakirə etdik”, – deyə sədr qeyd edib.





