Home » Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı Sankt-Peterburq şəhərində görüş keçirilib

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı Sankt-Peterburq şəhərində görüş keçirilib

by anar
0 comment 1 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumda iştirak edib. Forumda “Məkan məlumatları – ərazilərin inkişafının əsasıdır” panelində çıxışlar olub və müzakirələr aparılıb. Qeyd edilib ki, daşınmaz əmlakın tam və dəqiq reyestrinin aparılması məkan məlumatlarının infrastrukturunda əsas rol oynayır. Bu məlumatlar daşınmaz əmlakın yerləşməsi və ölçülərindən, torpaq sahələrinin göstəricilərindən, mülkiyyət hüququndan və digər informasiyalardan ibarətdir. Məlumatların vahid və dəqiq olması ölkənin sosial-iqtisadi inkişafı, investisiya imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Rusiya Federasiyasının Dövlət Qeydiyyatı, Kadastrı və Xəritəçəkmə üzrə Federal Xidmətində (Rosreestr) keçirilmiş görüşdə isə daşınmaz əmlakın qeydiyyat prosesinin optimallaşdırılması, rəqəmsallaşdırılması, avtomatlaşdırılması və süni intellektin tətbiq edilməsi sahəsində yeniliklər barədə iştirakçılara məlumat verilib. Qeyd olunanlarla bağlı qurumlar arası əməkdaşlıq məsələləri müzakirə olunub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.