Home » Azərbaycan İsveçrə ilə bank sektorunda əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan İsveçrə ilə bank sektorunda əməkdaşlıq perspektivlərini müzakirə edib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrə Milli Bankı (İMB) arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

BBN.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Tacikistana işgüzar səfər çərçivəsində İMB-nin sədri Tomas Cordan ilə ikitərəfli görüşümüz oldu. Görüşdə iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı müzakirələr apardıq. T.Cordana qurumlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və Seçki Qrupu ölkələri arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulmasının təşviqinə verdiyi mühüm töhfəyə görə təşəkkürümüzü bildirdik. İMB-də sədrlik fəaliyyətini başa çatdıran cənab Cordana yeni fəaliyyətində uğurlar arzu etdik”, – deyə T. Kazımov qeyd edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.