Home » ABB süni intellekt infrastrukturu üçün yeni nəsil AI serverini istifadəyə verib

ABB süni intellekt infrastrukturu üçün yeni nəsil AI serverini istifadəyə verib

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda süni intellekt infrastrukturunun inkişafı istiqamətində ABB yeni texnoloji imkan yaradıb. Bank məlumat mərkəzində “Dell PowerEdge XE9780” platforması əsasında çalışan və 8 ədəd NVIDIA HGX B200 GPU ilə təchiz olunmuş yüksək performanslı AI serverinin quraşdırılmasını başa çatdırıb.

BBN.az xəbər verir ki, yeni infrastruktur həssas məlumatların ölkə xaricinə çıxarılmadan böyük dil modelləri (LLM), AI agentləri, inferens və model təlimi daxil olmaqla genişmiqyaslı süni intellekt layihələrinin yerli infrastruktur üzərində həyata keçirilməsinə imkan verir.

Server “NVIDIA Blackwell” arxitekturası əsasında qurulan B200 GPU-lar, 16 ədəd E3.s NVMe sürətli yaddaş, çoxnüvəli “Intel Xeon 6” prosessorları və yüksəksürətli şəbəkə infrastrukturu ilə təchiz edilib.

Yeni texniki imkanlardan böyük dil modellərinin və digər AI modellərinin öyrədilməsi, hazır modellərin işlədilməsi, çatbot və səsli köməkçilərin yaradılması, sənədlərin analizi, OCR, risk və fırıldaqçılığın aşkarlanması, böyükhəcmli məlumatların emalı, paralel hesablamalar və bəzi yüksək performanslı hesablama işləri üçün istifadə olunacaq.

Qeyd edək ki, ABB hazırda 86-dan çox istifadəçi təcrübəsi üzrə 180-dən artıq süni intellekt modeli tətbiq edir. Bu modellərin Bank üçün yaratdığı müsbət maliyyə təsirinin həcmi 50 milyon manatdan çoxdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.