Home » “PAŞA Bank” “Euromoney” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb

“PAŞA Bank” “Euromoney” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” nominasiyasında qalib elan olunub.

Laureatların siyahısı Londonda keçirilən ənənəvi Award for Excellence – 2024 mükafatının təltifetmə mərasimində  açıqlanıb.

Ən uğurlu nailiyyətlərin qiymətləndirilməsi məqsədi ilə bank və maliyyə sektorunun mükəmməl təmsilçilərini bir araya gətirən mərasimdə, “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə bu mükafata layiq görülüb.

Beynəlxalq nəşr Bankın fəaliyyətini işıqlandırarkən, onun müştəriləri üçün xidmətlərini genişləndirdiyini, ödəniş təkliflərini yenilədiyini və iş əməliyyatlarının effektivliyinə fokuslandığını vurğulayıb.

2024-ci ildə “PAŞA Bank” ilə yanaşı JP Morgan, HSBC, BNP Paribas, Deutsche Bank, Societe Generale və digər aparıcı maliyyə təşkilatları da müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıblar.

Qeyd edək ki, Euromoney beynəlxalq nəşri 1967-cı ildən dərc olunur və təxminən dünyanın 100 ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətlərini qiymətləndirir. Mükafatın təltif edilməsi haqqında qərar il ərzində müxtəlif ölkələrdə bank sektorunun və maliyyə təşkilatlarının fəaliyyətinin təhlili əsasında qəbul edilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.