Home » 1041 nəfər əlilliyi olan şəxs evlərində reabilitasiya xidmətləri ilə təmin edilib

1041 nəfər əlilliyi olan şəxs evlərində reabilitasiya xidmətləri ilə təmin edilib

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən 1041 nəfər əlilliyi olan şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib.

Onlara 2500 reabilitasiya xidməti göstərilib.

Səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) Nazirliyin “142” Çağrı mərkəzinə, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir.

Müraciətə əsasən Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqada əlilliyi olan şəxsin yaşadığı ünvana gedərək, onun ilkin müayinə və qiymətləndirməsini aparır.

Daha sonra əlilliyi olan şəxslə bağlı fərdi plan tərtib olunaraq ona müəyyən olunmuş müddət ərzində həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. üzrə reabilitasiya xidmətləri göstərilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.