Home » KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib

KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib

by anar
0 comment 1 views 1 minutes read

Qəbulda sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılacağı və həlli istiqamətində tədbirlər görüləcəyi bildirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tərəfindən keçirilmiş qəbulda sahibkarların müraciətləri dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı ətraflı izahat verilib, sualları cavablandırılıb. Sahibkarların araşdırma tələb edən müraciətləri isə baxılması üçün qeydiyyata alınıb.

Qəbula gələn sahibkarlar biznesin inkişafına dair müxtəlif məsələlərlə bağlı müraciət ediblər.

Qeyd edək ki, sahibkarlar KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı Agentliyin 131 Çağrı Mərkəzinə müraciət edərək ətraflı məlumat ala, www.smb.gov.az internet səhifəsindəki “Müraciətlər” bölməsində qeydiyyatdan keçməklə müraciət edə və “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.