Home » Azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələr 17,4 milyon manatlıq vergi və rüsum güzəşti əldə edib

Azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələr 17,4 milyon manatlıq vergi və rüsum güzəşti əldə edib

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal fəaliyyəti quran müəssisələr indiyədək idxal olunan texnika, texnoloji avadanlıq, xammal və materiallara görə 17,4 milyon manat dəyərində vergi və gömrük rüsumlarından azadolma əldə ediblər.

BBN.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, güzəştlər işğaldan azad edilmiş ərazilərdə investisiya mühitinin yaxşılaşdırılması, istehsalın təşviqi və sahibkarlığın inkişafı məqsədilə tətbiq olunur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotuna alınan və birbaşa həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2033-cü il yanvarın 1-dək müəyyən fəaliyyət sahələri üzrə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular, həmçinin xammal və materiallar üçün ƏDV və gömrük rüsumundan azaddırlar.

Tətbiq edilən güzəşt və dəstək mexanizmləri nəticəsində bölgədə tekstil, tikinti materialları, elektrik avadanlıqları, nəqliyyat vasitələri və digər sənaye məhsullarının istehsalı həyata keçirilir.

Qeyd edək ki, güzəştlərdən yararlanmaq üçün tələb olunan sənədlər İqtisadiyyat Nazirliyi tərəfindən həm fiziki, həm də elektron formada qəbul edilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.