Home » Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 129 min şəxsə 354 min xidmət göstərilib – Foto

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 129 min şəxsə 354 min xidmət göstərilib – Foto

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23,4 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 66,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 2182 şəxs 59,6 min reabilitasiya vasitəsi, o cümlədən 481 şəxs 587 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 22,5 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 129 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 354 min xidmət göstərilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.