Home » “PAŞA Bank” yeni “Kredit Həyat Sığortası” məhsulunu təqdim etdi

“PAŞA Bank” yeni “Kredit Həyat Sığortası” məhsulunu təqdim etdi

by anar
0 comment 12 views 1 minutes read

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 2 sentyabr 2024-cü ildən etibarən yerli bazarda yeni bir məhsul təqdim edib.

“PAŞA Bank”ın təqdim etdiyi “Kredit Həyat Sığortası” məhsulu ilə müştərilərin mobil tətbiq üzərindən istehlak kredit müraciətləri rəsmiləşdirilən zaman onlara beş fərqli sığorta şirkəti tərəfindən dərhal həyat sığortası imkanı təklif ediləcək.

Müştəri kreditini seçilən sığorta şirkəti ilə sığortaladıqda, borcalanın həyatını və ya əmək qabiliyyətini itirməsi hallarında kreditin ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, “Kredit Həyat Sığortası” məhsulu müştərilərin maliyyə təhlükəsizliyini təmin etmək və kredit müddətində onların rahatlığını artırmaq məqsədilə təqdim edilir. Xidmət fərdi bankçılığın inkişaf etdirilməsində növbəti bir addımdır.

Sığorta məhsulu haqqında daha ətraflı məlumat əldə etmək üçün “PAŞA Bank”ın çağrı mərkəzinə (*9123) və ya bankın istənilən filialına müraciət edə bilərsiniz.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.