0
Gürcüstandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-iyun aylarında Azərbaycana 17 milyon 387 min dollar pul baratları göndərilib.
BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13.97% (2 milyon 132 min dollar) çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 15 milyon 255 min dollara bərabər olub.
Qeyd edək ki, 6 ayda Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 3.1% təşkil edib.