
30 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 2 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “GL” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2035020281 |
| İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
| Ticarət üsulu / forması | Kütləvi / Birqiymətli |
| İstiqrazın sayı | 200 (ədəd) |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İstiqrazın buraxılış həcmi | 200,000 manat |
| İllik gəlirlilik faizi | 15% |
| Ödəmə Periodu | Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir. |
| Tədavül müddəti | 5 il |
| Ticarətə buraxılma tarixi | 02.10.2024 |
| Anderrayter | “INVEST-AZ İ.Ş” ASC |




