Home » Britaniya dörd günlük iş həftəsini sınaqdan keçirəcək

Britaniya dörd günlük iş həftəsini sınaqdan keçirəcək

by yunus
0 comment 0 views 1 minutes read

Böyük Britaniyada dörd günlük iş həftəsinin tətbiqi ilə bağlı eksperiment aparılacaq. Bu eksperimentə minlərlə işçi iştirak edəcək.

BBN.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat verib.

Məlumatda bildirilir ki, işçilərə maaşlarını itirmədən əlavə istirahət günləri təklif olunacaq.Qeyd olunur ki, kampaniyanın məqsədi təcrübənin nəticələrini yayda Leyboristlər hökumətinə təqdim etməkdir.

Təcrübədə 17 müəssisənin iştirak edəcəyi, daha dördünün isə sonra qoşulacağı bildirilir. Bununla belə, bəzi şirkətlər hər iki həftədən bir əlavə istirahət günü olan cədvəli sınaqdan keçirəcəklər.

Qəzetin müşahidəçiləri vurğulayırlar ki, Leyboristlər hökumətini dörd günlük həftə tətbiq etməyə inandırmaq çətin ola bilər, çünki bu, ilkin olaraq hakimiyyətin planlarına daxil edilməyib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.