Home » Avropa Mərkəzi Bankı zəif iqtisadi artım gözləyir

Avropa Mərkəzi Bankı zəif iqtisadi artım gözləyir

by yunus
0 comment 0 views 1 minutes read

Avropa Mərkəzi Bankı xidmət sektorunda müşahidə edilən yavaşlama və istehsalatda davam edən daralma səbəbindən Avrozonada artımın qısa müddətdə zəif olacağını bildirib.

BBN.azxəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard Avropa Parlamentinin (AP) İqtisadiyyat və Maliyyə Məsələləri Komitəsinin Brüsseldə keçirilən iclasında çıxış edib.

Orta müddətli iqtisadi görünüşün qeyri-müəyyən olduğunu və aşağı yönlü risklərin üstünlük təşkil etdiyini bildirən Laqard, geosiyasi risklərin artdığını və bunun  beynəlxalq ticarətə təhdidlərin artmasına səbəb olduğunu bildirib.

Laqard, Avropanın sürətli və cəsarətli hərəkət etməli olduğuna diqqət çəkərək, investisiyaların təşviqinə, innovasiyaların dəstəklənməsinə və məhsuldarlığın artırılmasına diqqət yetirməyin vacibliyini vurğuladı.

Avrozonanın 5 rüb boyunca davam edən durğunluqdan sonra bu ilin ilk yarısında mülayim iqtisadi artım nümayiş etdirdiyini xatırladan Laqard real artımın əsasən ixrac və dövlət xərcləri hesabına baş verdiyini dilə gətirib.

 

 

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.