Home » Sahibkarların vergi və digər məlumatlarının bankların daxili təhlil platformalarına inteqrasiyası üzrə görüş keçirilmişdir

Sahibkarların vergi və digər məlumatlarının bankların daxili təhlil platformalarına inteqrasiyası üzrə görüş keçirilmişdir

by Aytac
0 comments 0 views 1 minutes read

27 dekabr 2024-cü il tarixində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Bank sektoru üzrə təklifi genişləndirən tədbirlərin həyata keçirilməsi” tədbiri üzrə yaradılmış İşçi Qrupu ilə Tükiyənin Kredi Kayıt Bürosu və “AGRA Fintech” şirkəti arasında görüş keçirilmişdir.

Görüş zamanı bankların vergi idarəsindən şirkətlərin məlumatlarını necə əldə etdiyi, şirkətin hansı məlumatlarına çıxışın təmin edildiyi, Vergi Xidmətinin və digər qurumların bu məlumatları təmin etməsinin sektora və şirkətlərə gətirdiyi üstünlüklər müzakirə edilmiş, həmçinin Tükiyənin Kredi Kayıt Bürosu və AGRA Fintech təşkilatlarının göstərdiyi dəstək barədə fikir mübadiləsi aparılmışdır.

Görüşdə işçi qrupu nümayəndənləri ilə yanaşı Kredi Kayıt Bürosunun direktor müavini Serkan Siyasal və “AGRA Fintech” şirkətinin həmtəsisçisi Taner Toraman iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.