Home » “International Leasing” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

“International Leasing” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

by Zeyneb
0 comments 1 views 1 minutes read

29 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “International Leasing” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2002023235 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.07.2025-ci il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

  • Emitentin adı: “International Leasing” ASC
  • Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002023235
  • İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
  • Ticarət üsulu/forması: Kütləvi / Birqiymətli Hərrac
  • İstiqrazların sayı: 1,000 ədəd
  • İlkin ticarət qiyməti: 1,000 manat
  • İstiqrazların buraxılış həcmi: 1,000,000 manat
  • İllik gəlirlilik faizi: 18%
  • Hərrac qiyməti: 1,000.00 manat
  • İstiqrazların reallaşdırılmış həcmi: 1,000,000 manat
  • İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1,000,000 manat
  • İnvestor sayı: 50
  • Sifariş sayı: 50
  • Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 olaraq götürülməklə, hər 30 gündən bir ödənişlər həyata keçiriləcəkdir.
  • Tədavül müddəti: 2 il
  • Anderrayter: “Capital Partners İ.Ş.” QSC

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.