Home » Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb

Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb

by yunus
0 comments 1 views 1 minutes read

2025-ci ilin ilk yarısında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,4 % artaraq 1 097 manat olub.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət sahələri, eləcə də nəqliyyat və anbar təsərrüfatı üzrə qeydə alınıb.

Bu il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışanların sayı 1 milyon 770,8 min nəfər təşkil edib. Onlardan 864,2 min nəfəri dövlət sektorunda, 906,6 min nəfəri isə qeyri-dövlət sektorunda işləyib.

Muzdla məşğul əhalinin sahələr üzrə payı belədir:

  • 18,8 % – ticarət və nəqliyyat vasitələrinin təmiri

  • 18,3 % – təhsil

  • 13,8 % – sənaye

  • 8,5 % – səhiyyə və sosial xidmətlər

  • 6,7 % – tikinti

  • 6,3 % – dövlət idarəetməsi, müdafiə və sosial təminat

  • 4,2 % – nəqliyyat və anbar təsərrüfatı

  • 3,9 % – peşə, elmi və texniki fəaliyyət

  • 2,4 % – kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

  • 2,3 % – maliyyə və sığorta fəaliyyəti

  • 14,8 % – iqtisadiyyatın digər sahələri.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.