0

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat, xərcləri isə 22 milyard 308 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,5 % çox və 0,2 % azdır.
Büdcə gəlirləri proqnozdan 2,7 % çox, büdcə xərcləri isə proqnozdan 6 % az icra edilib.
Son nəticədə 8 ayda büdcədə 4 milyard 51,4 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 41,6 % çoxdur.





