Home » İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 10 %-dən çox artıb

İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 10 %-dən çox artıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin yanvar-iyun aylarını 12,669 milyon manat mənfəətlə başa vurub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 % çoxdur.

Hesabat dövründə Fondun faiz gəlirləri 54,430 milyon manat (21,8 % artım), faiz xərcləri 34,563 milyon manat (28,4 % artım), gözlənilən kredit zərəri 662 min manat (10,4 % azalma), haqq və komissiya gəlirləri 598 min manat (20,6 % artım), haqq və komissiya xərcləri 1,198 milyon manat (76,4 % artım), digər gəlirləri isə 860 min manat (11,1 % artım) təşkil edib. İnsan resursları üzrə xərclər 4,374 milyon manat (17 % artım), inzibati və digər xərclər isə 2,421 milyon manat (0,9 % artım) olub.

2025-ci il iyulun 1-nə Fondun aktivləri 3 milyard 673,862 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 19 % çoxdur. Aktivlərin 2 milyard 413,765 milyon manatı müştərilərə verilmiş ipoteka kreditləridir. Son 1 ildə Fondun kredit portfeli 11,4 % böyüyüb.

Hesabat dövründə İKZF-nın öhdəlikləri 24,8 % artaraq 2 milyard 390,9 milyon manata çatıb. Buraxdığı borc qiymətli kağızlarının ümumi dəyəri 23,6 % artaraq 2 milyard 324,813 milyon manat olub. Fondun balans kapitalı isə 9,4 % artaraq 1 milyard 282,962 milyon manata yüksəlib. Onun tərkibində nizamnamə kapitalı 8,9 % artaraq 1 milyard 068,4 milyon manata çatıb.

Qeyd edək ki, İKZF ölkə Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşdirilməsi yolu ilə yaradılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.