
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə videokonfrans formatında görüş keçirib.
Görüşdə qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin reallaşdırılması, həmçinin enerji, sənaye, innovasiya və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri çərçivəsində iqtisadi əlaqələrin davamlı inkişafını vurğulayıblar. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub və enerji sahəsində mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Bildirilib ki, Azərbaycanda formalaşan əlverişli investisiya mühiti iki ölkə arasında tərəfdaşlığın daha da genişlənməsinə imkan yaradır.





