Home » 1, 3 və 5 qəpiklik metal pul nişanları daha çox harda işlənir?

1, 3 və 5 qəpiklik metal pul nişanları daha çox harda işlənir?

by yunus
0 comments 1 views 1 minutes read

Mərkəzi Bankdan bildirilir ki, kiçik nominallı qəpiklərin payı gündəlik nağd ödənişlərin təxminən 0,05%-ni təşkil edir.

Hazırda ölkədə 1, 3 və 5 qəpiklərin dövriyyədə istifadəsi ilə bağlı statistik məlumat varmı?

Son illərin statistik göstəriciləri metal pul nişanlarının dövriyyədəki həcminin artım tendensiyasını təsdiqləyir. Belə ki, 1, 3 və 5 qəpiklərin dövriyyədəki ümumi həcmi məbləğcə əvvəlki il ilə müqayisədə müvafiq olaraq 2023-cü ildə 9%, 2024-cü ildə isə 7,2%, 2025-ci ilin ilk 8 ayı ərzində isə ilin əvvəlinə nisbətən 5% artmışdır.

Onların gündəlik ödənişlərdə payı nə qədərdir?

Mərkəzi Bankda kiçik nominallı qəpiklərin gündəlik ödənişlərdə payı üzrə ayrıca uçot aparılmır. Bununla belə, mövcud məlumatlara əsasən, nağd pul dövriyyəsinin təxminən 0,05%-i 1, 3, və 5 qəpiklik metal pul nişanlarının payına düşür. Bu nominallar daha çox pərakəndə satış məntəqələrində əhali tərəfindən gündəlik ödənişlərdə istifadə olunur.

Mövcud iqtisadi şərtlər nəzərə alınaraq, onların dövriyyədə saxlanılması vacib hesab edilir. Bununla yanaşı, milli valyutanın nominal strukturu onun funksiyalarının daha səmərəli yerinə yetirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən mütəmadi olaraq təhlil olunur.

Bakuws

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.