
2022-2024-cü illərdə beynəlxalq maliyyə təşkilatları Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) sektoruna 600 milyon ABŞ dollarından çox, ümumilikdə isə 675 milyon ABŞ dolları investisiya yatırıb.
Avrasiya İnkişaf Bankına (EDB) istinadən xəbər verir ki, bu, beynəlxalq maliyyə institutlarının region üzrə yeni trendi olub. Sözügedən dövrdə Avrasiya regionuna BOEM üzrə ümumilikdə 3 milyard ABŞ dolları yatırılıb.
Ən böyük maliyyələşdirməni Avropa Yenidənqurma və İnkişaf Bankı (1,4 mlrd. dollar, 47 %), Beynəlxalq Maliyyə Korporasiyası (426 mln. dollar, 14 %) və Asiya İnfrastruktur İnvestisiya Bankı (385 mln. dollar, 13 %) həyata keçirib.
Azərbaycan, Özbəkistan (1,8 mlrd. dollar) və Qazaxıstan (280 mln. dollar) bu investisiyalardan ən çox faydalanan ölkələr olub.
2024-cü ildə Azərbaycanda Bankə və Biləsuvarda iki günəş elektrik stansiyasının inkişafı və tikintisi üçün ümumi dəyəri 670 mln. dollar olan layihəyə AIIB tərəfindən 170 mln. dollar kredit ayrılıb. Layihə EBRD və digər maliyyə institutları ilə birgə maliyyələşdirilib.




