Home » EBRD: Azərbaycanın fiskal və xarici dayanıqlığı güclüdür

EBRD: Azərbaycanın fiskal və xarici dayanıqlığı güclüdür

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycanın fiskal və xarici ehtiyatları sabitliyini qoruyur.

BBN.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) sentyabr ayı üzrə açıqladığı “Regional iqtisadi perspektivlər” icmalında bildirilir.

Sənəddə qeyd olunur ki, 2025-ci ilin ilk yarısında dövlət büdcəsinin profisiti ÜDM-in 4,4 %-i həcmində olub. Strateji valyuta ehtiyatları isə (Dövlət Neft Fondunun aktivləri ilə birlikdə) iyunun sonuna 78,8 milyard ABŞ dollarına çatıb. Bu fonda “Moody’s” beynəlxalq reytinq agentliyi iyun ayında Azərbaycanın maliyyə sabitliyini vurğulayaraq ölkənin suveren reytinqini “Baa3” səviyyəsinə qaldırıb.

EBRD-nin açıqlamasına əsasən, 2024-cü ilin sonunda 2,2 % olan orta illik inflyasiya 2025-ci ilin avqustuna qədər ərzaq və xidmətlərin bahalaşması nəticəsində 5,6 %-ə yüksəlib.

Bununla yanaşı, inflyasiya 4 % (+2) hədəf diapazonunun yuxarı həddinə yaxın olsa da, Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin iyulunda uçot dərəcəsini 25 baza bəndi azaldaraq 7 %-ə endirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.