Home » İstehlak inflyasiyası Azərbaycanda artacaq

İstehlak inflyasiyası Azərbaycanda artacaq

by Zeyneb
0 comments 4 views 1 minutes read

Niderlandın “ING Group” maliyyə qrupu qarşıdakı iki il ərzində Azərbaycanda istehlak inflyasiyasının yüksələcəyini proqnozlaşdırır. Trend-in məlumatına görə, ING-nin son qiymətləndirmələrinə əsasən, istehlak qiymətləri indeksi (CPI) 2024-cü ildə 4,9% olmuşdusa, bu ilin sonuna qədər illik 5,1%-ə çatacaq və 2026-cı ildə isə 5,8%-ə yüksələcəyi gözlənilir.

Hesabatda bildirilir ki, “Əsasən tələb səbəbindən yaranan inflyasiya amillərinin azalması CPI-nin illik ifadədə avqust ayı üzrə 4,9%-ə yavaşlamasına imkan verib. Aprel–may aylarında 6,3%-lik pik səviyyəyə baxmayaraq ərzaq seqmentində təzyiq davam edir. Proqnoz göstəricilər, o cümlədən istehsalçı qiymətləri indeksi, neftin daha aşağı qiymətləri sayəsində xərclərin müəyyən qədər azalacağını göstərir, baxmayaraq ki, ərzaq xərcləri və tələb tərəfdən təzyiq yüksək qalır”.

Azərbaycan Mərkəzi Bankı (AMB) CPI-nin orta müddətli perspektivdə illik 5%-dən aşağı olacağını gözləyir ki, bu da hədəf diapazonu olan 4±2%-ə uyğundur. İyul ayında AMB əsas uçot dərəcəsini 25 baza bəndi azaldaraq 7%-ə endirib və inflyasiya dinamikasının yaxşılaşdığını, xarici mühitin isə daha sabit olduğunu qeyd edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.