Home » Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib

Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib

by anar
0 comments 4 views 1 minutes read

Energetika Nazirliyində energetika nazirinin müavini Elnur Soltanovla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndəsi Conatan Herbax arasında görüş keçirilib. Görüşdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) də təmsil olunub.

Müzakirələr zamanı bildirilib ki, “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti  növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetindən biri olaraq qəbul edilib. Bu çərçivədə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadənin təşviq edilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə bərpa olunan enerjidən istifadə edilməsi və enerji təchizatının şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb. COP29 zamanı Bakıda Energetika Nazirliyi ilə AEBA arasında imzalanmış enerji planlaşdırılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib və bu çərçivədə Agentliklə əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətlər, habelə hüquqi çərçivənin inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib. Azərbaycanın “təmiz enerji” sahəsində planları və AEBA ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb, məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.