
Azərbaycanda maliyyə inklüzivliyinin artırılması məqsədilə dövlət proqramının yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov məlumat verib.
O bildirib ki, AMB tərəfindən hazırlanan proqramda 5 əsas istiqamət müəyyən edilib:
-
Maliyyə məhsullarının çatdırılma kanallarının genişləndirilməsi — həm rəqəmsal, həm fiziki kanalların inkişafı, o cümlədən “bancassurance” modelinin tətbiqi prioritetdir.
-
Maliyyə məhsul və xidmətləri bazarının genişləndirilməsi — fərdi şəxslər və kiçik, orta biznes üçün yeni məhsulların hazırlanması və bazara çıxarılması.
-
Maliyyə inklüzivliyini dəstəkləyən infrastrukturun formalaşdırılması — məlumat mübadiləsi, data paylaşımı və risklərin qiymətləndirilməsi üçün tələb olunan resursların təminatı.
-
Uyğun tənzimləmələr və siyasət çərçivələrinin hazırlanması.
-
İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsi.
Rüstəm Tahirov qeyd edib ki, proqramın icrasında bank-sığorta əməkdaşlığı modeli əsas strateji alət kimi müəyyən edilib, bu da həm fərdi, həm biznes müştərilərin maliyyə inklüzivliyini artıracaq.





