Home » “Ombudsman təsisatlarının rolu” mövzusunda vebinar keçirilib

“Ombudsman təsisatlarının rolu” mövzusunda vebinar keçirilib

by yunus
0 comments 6 views 1 minutes read

3 dekabr 2025-ci il tarixində, Ombudsman Aparatı və Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) birgə təşkilatçılığı ilə “Ombudsman təsisatlarının rolu” mövzusunda vebinar keçirilib.

Vebinarda Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndəri də iştirak edib.

Vebinar çərçivəsində “Korporativ məsuliyyət kontekstində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi: Biznes və insan hüquqları sahəsində Milli Fəaliyyət Planının hazırlanması istiqamətində əməkdaşlıq” mövzusu da təqdim edilib. Sessiyada bu istiqamətdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildiririk ki, regional qeyri-hökumət təşkilatı olan (AOA), Asiya regionu üzrə müxtəlif ombudsman təsisatlarını özündə birləşdirir və üzv təsisatlar arasında təcrübə mübadiləsinin təşkili məqsədilə insan hüquqlarına dair davamlı maarifləndirmə tədbirləri həyata keçirir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.