Home » 9 ayda nəqliyyat xidmətləri balansında 1,3 milyard dollarlıq profisit yaranıb

9 ayda nəqliyyat xidmətləri balansında 1,3 milyard dollarlıq profisit yaranıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycanın nəqliyyat xidmətləri balansı təxminən 1,3 milyard ABŞ dolları həcmində profisit nümayiş etdirib.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50 % çoxdur. AMB rəsmisi qeyd edib ki, profisitdə əsas pay neft və qaz tranziti gəlirlərinin hesabına formalaşıb. Bununla yanaşı, sərnişin və yükdaşıma xidmətləri də müsbət dinamikanı qoruyub.

Hesabat dövründə qarşılıqlı xidmətlər dövriyyəsinin 28,2 %-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 4 milyard ABŞ dolları olan nəqliyyat xidmətlərinin 66,3 %-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə bağlı olub.

Bu dövrdə Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2,6 milyard ABŞ dolları, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,4 milyard ABŞ dolları təşkil edib.

AMB rəsmisinin sözlərinə görə, son bir ildə qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 22,9 % artıb, idxalı isə 7,4 % azalıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.