Home » Agentlikdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Agentlikdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Görüşdə dövlət müəssisələrinin bazar fəaliyyətlərinin rəqabət mühitinə təsirinin qiymətləndirilməsi, bu istiqamətdə Agentlik tərəfindən görülən işlər və qarşıdakı dövr üzrə prioritetlər barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal məsələlər departamentinin baş iqtisadçısı Nino Tçelişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş çərçivəsində dövlət müəssisələrinin bazar fəaliyyətlərinin rəqabət mühitinə təsirinin qiymətləndirilməsi, bu istiqamətdə Agentlik tərəfindən həyata keçirilən analitik və nəzarət xarakterli fəaliyyətlər, habelə qarşıdakı dövr üzrə prioritetlər barədə məlumat verilib. Dövlət müəssisələri və təbii inhisar subyektlərinin bazar davranışlarının Rəqabət Məcəlləsi çərçivəsində tənzimlənməsi, onların fəaliyyətinin bazarda rəqabət neytrallığına və sağlam rəqabət mühitinə təsiri, eləcə də bu sahədə görülən işlər və planlaşdırılan əlavə tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.