Home » Azərbaycan-Türkiyə investisiya əməkdaşlığında yeni yüksəliş

Azərbaycan-Türkiyə investisiya əməkdaşlığında yeni yüksəliş

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə ilə investisiyalar sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq bildirib.

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxış edən Baş nazir qeyd edib ki, Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir.

“Bugünə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollardan artıq investisiya yatırıb. Türkiyədə 3 mindən çox Azərbaycan şirkəti fəal fəaliyyət göstərir, Azərbaycanda isə Türkiyə investisiyalı 4600-dən çox kommersiya qurumu mövcuddur. Biz Türkiyə şirkətlərinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaratmışıq”, – Əli Əsədov vurğulayıb.

Baş nazir əlavə edib ki, azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə Türkiyə şirkətləri Azərbaycanla bərabər çalışır: “20-yə yaxın Türkiyə şirkəti həmin bölgələrdə 50-yə yaxın layihə həyata keçirir. Bu layihələrin ümumi dəyəri təxminən 5 milyard dollardır. Layihələr avtomobil və dəmir yollarının tikintisi, enerji, kənd təsərrüfatı, su və meliorasiya, layihələndirmə və digər sahələri əhatə edir”.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.