
Bu il yanvarın 1-nə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) aktivləri 4 milyard 464,545 milyon manat təşkil edib.
BBN.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat tarixinə ADY-nin öhdəlikləri 1 milyard 174,485 milyon manat, balans kapitalı isə 3 milyard 290,06 milyon manat olub.
Məlumata görə, ADY 2024-cü ildə 446,246 milyon manat gəlir əldə edib. Bu göstərici əvvəlki illə müqayisədə 0,65 % artım deməkdir.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC Prezidentin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiqlənib. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 1 milyard 996,078 milyon manatdır və ADY 100 % dövlətə məxsusdur.






