
“Azər Türk Bank” ASC-nin İdarə Heyətinə yeni üzv, eyni zamanda İdarə Heyətinin sədrinə müavin təyin olunub.
Bu vəzifəyə ixtisasca hüquqşünas olan Günel Nəbiyeva Nizami qızı təyin edilib. Bununla da bankın İdarə Heyətinin üzvlərinin sayı üç nəfərə çatıb.
Qeyd edək ki, Günel Nəbiyeva 2020-ci ildən etibarən Azərbaycan İnvestisiya Holdinqində fəaliyyət göstərir. O, bu müddət ərzində holdinqin tabeliyində olan “BakuBus” MMC, “Bakı Metropoliteni” QSC və “Azər Türk Bank” ASC-nin Müşahidə Şuralarında üzv kimi təmsil olunub.
G.Nəbiyeva bank sektorunda karyerasına 2006-cı ildə “Unibank” KB ASC-də başlayıb. 2006–2016-cı illərdə bankda müxtəlif hüquqi və inzibati vəzifələrdə çalışıb. 2018–2020-ci illərdə isə “Unibank” KB ASC-də Hüquq və təşkilati işlər departamentinin direktoru vəzifəsini icra edib.







