0

“Finans İnvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) adını və təşkilati-hüquqi formasını dəyişərək “NEO” ASC-yə çevrildiyini elan edib. BBN.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.
Məlumata görə, ad və hüquqi forma dəyişikliyi müvafiq qaydada dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, “Finans İnvest” 2007-ci ildə yaradılıb. Təşkilatın nizamnamə kapitalı 371 min manat təşkil edir.







