
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2026-cı il büdcəsində neft və qazın Azərbaycan ərazisi ilə tranzitindən gəlirlərin 2,2 min ABŞ dolları (təxminən 3,7 min manat) səviyyəsində olacağı proqnozlaşdırılır.
Hesablama Palatasının ARDNF-nin 2026-cı il büdcəsinə dair rəyində bildirilir ki, bu göstərici 2024-cü ilin faktiki icra səviyyəsindən 0,5 milyon manat, 2025-ci il üçün təsdiqlənmiş proqnozdan isə 25,4 milyon manat aşağıdır. 2025-ci il üçün neft və qazın tranzitindən gəlirlər üzrə proqnoz 25,4 milyon manat olsa da, faktiki daxilolma cəmi 0,004 milyon manat təşkil edib.
Rəyə görə, Rusiya-Ukrayna münaqişəsinin davam etməsi və Qərbin ixrac boru kəməri ilə Qara dəniz marşrutunda xam neft nəqli dayandığı üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2026-cı ildə bu gəlirin olmamasını proqnozlaşdırıb. Bu səbəbdən, müvafiq gəlir göstəricisinin 2025-ci ilin faktiki daxilolmalar səviyyəsində saxlanılması məqsədəuyğun hesab olunub.







