Home » Şəkidə özünüməşğulluqla bağlı sahibkarlarla görüş keçirilib

Şəkidə özünüməşğulluqla bağlı sahibkarlarla görüş keçirilib

by anar
0 comments 1 views 1 minutes read

Tədbirdə sahibkarlara sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi, məqsədli proqramlar, peşə hazırlığı, özünüməşğulluq proqramı barədə məlumat verilib, sualları cavablandırılıb.

Şəki şəhərində sahibkarlarla “Özünüməşğulluq sahəsində mövcud imkanlar, problemlər və perspektivlər” mövzusunda görüş keçirilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional məşğulluq filialının, Şəki Dövlət Peşə Təhsil Mərkəzinin, Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin, İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin, “Marsol Group” MMC-nin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən 30-a yaxın sahibkar iştirak edib. 

Görüşdə Dövlət Məşğulluq Agentliyi tərəfindən sahibkarlığa yönəlik dəstək mexanizmləri, o cümlədən sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi, məqsədli proqramlar, peşə hazırlığı, özünüməşğulluq proqramı barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb. Həmçinin, dövlət qurumlarının nümayəndələri və sahibkarlar arasında fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, özünüməşğulluq proqramı sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkan yaradır. Bu baxımdan KOBİA Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir. KOBİA iki istiqamətdə özünüməşğulluq proqramına dəstək göstərir. Birinci proqram barədə məlumatlandırma, qeydiyyat üçün texniki dəstək və məşğulluq filialları ilə əlaqələndirmə, uyğun namizədlərin təsərrüfatına birgə baxış, proqrama cəlb edilmiş şəxslərin təlim prosesində və aktivlərin verilməsi prosesində iştirak. İkinci istiqamət üzrə isə Agentlik özünüməşğulluq proqramının iştirakçılarının bizneslərinin inkişafına dəstək üçün onlara məsləhət xidməti, biznesin planlaşdırılması, satış bazarlarına çıxış üzrə kömək edir.  

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.