Home » “Yelo Bank” Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısından çıxarılıb

“Yelo Bank” Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısından çıxarılıb

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycanın “Yelo Bank” ASC-si Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısından çıxarılıb.

BBN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Brüsseldəki yüksək vəzifəli nümayəndəsi məlumat verib.

Bildirilib ki, Aİ-nin 21-ci sanksiyalar paketi çərçivəsində maliyyə sektoru əsas hədəflərdən biri olaraq qalır. Avropa tərəfi hesab edir ki, sanksiyalardan yayınma cəhdlərində banklar mühüm rol oynaya bilər.

Avropa Komissiyasının nümayəndəsi “Yelo Bank”ın sanksiya siyahısından çıxarılmasını bankın Rusiya maliyyə sistemlərindən tam ayrılması və sanksiyalardan yayınmanın qarşısını almaq üçün müvafiq tədbirlər görməsi ilə əlaqələndirib.

Eyni zamanda, Aİ sanksiya rejiminin pozulmasına və ya məhdudiyyətlərdən yayınmağa yardım edən maliyyə qurumlarına qarşı tədbirləri sərtləşdirir.

Yeni sanksiyalar paketi çərçivəsində Rusiyanın daha 33 bankına qarşı məhdudiyyətlər tətbiq olunub. Bu bankların əməliyyat aparmasına qadağa qoyulub və onların SWIFT maliyyə məlumatları mübadiləsi sisteminə çıxışı dayandırılıb.

Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, yeni məhdudiyyətlər əsasən Rusiyanın iri regional banklarına və əvvəllər sanksiyaya məruz qalan maliyyə qurumlarını əvəz edən banklara yönəlib.

Sanksiya siyahısına həmçinin məhdudiyyətlərdən yayınmağa yardım etdiyi bildirilən üçüncü ölkələrin bəzi bankları da daxil edilib. Belə ki, Monqolustanda fəaliyyət göstərən bir bank, “Sberbank” və “VTB”nin Hindistandakı iki törəmə qurumu, eləcə də Rusiyanın “Mir” ödəniş sistemindən istifadəyə davam edən Qırğızıstandakı bank sanksiyalara məruz qalıb.

Avropa Komissiyası hesab edir ki, sanksiya tətbiqi riski xarici bankları fəaliyyətlərini əvvəlcədən qiymətləndirməyə və mümkün pozuntuların qarşısını almaq üçün Avropa qurumları ilə əməkdaşlığı gücləndirməyə vadar edir.

report

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.