
2025-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 64 milyard 448,4 milyon manatlıq əməliyyat aparılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 11,1 % azdır.
İllik əməliyyat həcminin 8 milyard 36,9 milyon manatı ilkin bazarda (7,1 % azalma), 56 milyard 411,5 milyon manatı isə təkrar bazarda (11,6 % azalma) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında ümumilikdə 30 916 əqd bağlanılıb ki, bu da illik müqayisədə 57,2 % azdır. Əqdlərin 4 323-ü ilkin bazarın (91,65 % azalma), 26 593-ü isə təkrar bazarın (29,7 % artım) payına düşüb.
Yanvar-dekabr aylarında aparılmış əməliyyatların 10 milyard 682,1 milyon manatı və ya 16,6 %-i dövlət qiymətli kağızlarının, 3 milyard 133,2 milyon manatı və ya 4,9 %-i korporativ qiymətli kağızların, 50 milyard 633,1 milyon manatı və ya 78,5 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu göstəricilər 1 il əvvələ nisbətən müvafiq olaraq 35,8 % artım, 15 % azalma və 16,9 % azalma deməkdir.
Eyni dövrdə bağlanmış əqdlərin 1 242-si və ya 4 %-i dövlət qiymətli kağızları, 22 801-i və ya 73,8 %-i korporativ qiymətli kağızlar, 6 873-ü və ya 22,2 %-i isə repo əməliyyatları üzrə olub. Bu isə illik müqayisədə müvafiq olaraq 54,4 %, 62,7 % və 19 % azalma deməkdir.




