
6 avqust 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “ZİRAAT BANK AZƏRBAYCAN” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 10.08.2026-cı il tarixində başlayıb və 21.08.2026-cı il tarixində (10 iş günü davam edəcəkdir) bitəcəkdir.
AZ2001019606 İSİN kodlu istiqrazların yerləşdirilməsi 26.08.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “ZİRAAT BANK AZƏRBAYCAN” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001019606 |
| İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
| İstiqrazların sayı | 150,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 15,000,000 manat |
| İllik gəlirlilik faizi | 10.5% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 12 ay |
| Ticarətə buraxılma tarixi | 26.08.2026 |
| Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |





