Home » OpenAI IPO-ya hazırlaşır – Tarix açıqlandı

OpenAI IPO-ya hazırlaşır – Tarix açıqlandı

by Zeyneb
0 comments 1 views 1 minutes read

Süni intellekt sahəsində lider şirkətlərdən biri olan OpenAI 2026-cı ilin dördüncü rübündə səhmlərini birjada yerləşdirməyə hazırlaşır. Bu barədə Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, OpenAI artıq Wall Street bankları ilə qeyri-rəsmi danışıqlara başlayıb və mümkün IPO üçün maliyyə komandasını genişləndirir.

Şirkətin IPO planlarını sürətləndirməsinin əsas səbəblərindən biri Anthropic kimi rəqiblərin OpenAI-dən əvvəl birjaya çıxmaq ehtimalıdır. Son məlumatlara əsasən, Anthropic də 2026-cı ilin sonlarında IPO variantını nəzərdən keçirir.

Qeyd edək ki, OpenAI süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün ildə on milyardlarla dollar xərcləyir. Birjaya çıxış şirkətin maliyyə dayanıqlığını gücləndirmək məqsədi daşıyır.

Son hesabatlara görə, OpenAI qlobal investorlar vasitəsilə 100 milyard dollar cəlb etməyi və şirkətin dəyərini 830 milyard dollar səviyyəsində qiymətləndirməyi planlaşdırır. Bu baş tutarsa, OpenAI-nin IPO-su tarixin ən iri birja yerləşdirmələrindən biri ola bilər.

Şirkət indiyədək Microsoft, SoftBank və NVIDIA kimi texnologiya nəhənglərindən milyardlarla dollar investisiya alıb. Eyni zamanda OpenAI-nin Amazon ilə 50 milyard dollara qədər yeni maliyyələşmə üzrə danışıqlar apardığı bildirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.